Oğuzda ağır qəza, ölən və yaralananlar var
14.06.2023 [11:30]
Oğuz rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, üçü bir ailənin üzvü olmaqla 5 nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.