Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MN: Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub

14.06.2023 [11:49]

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.