Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ucarda məzun qəzaya düşdü

14.06.2023 [18:21]

Hadisə məktəbdə keçirilən son zəng mərasimindən sonra, günün ikinci yarısında baş verib.Yol nəqliyyat hadisəsi Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.İlkin məlumatlara görə Ucarın Qazyan kənd məktəbinin məzunu, 2006-cı il təvəllüdlü Nüsrət Müğdət oğlu Qasımovun idarə etdiyi "VAZ 21015" markalı minik maşını ilə Zərdab rayon sakininin idarə etdiyi "Mercedes" markalı maşın toqquşub. Nəticədə sürücü, N. Qasımov, onun sərnişini, 2002-cı il təvəllüdlü Sənan Ələsgər oğlu Bağırov və digər avtomobildə olan sərnişin, Zərdab rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə Saleh qızı Zeynalova müxtəlif xəsarətlər alıblar. Yaralılar Ucar Rayon Mərkəzi  Xəstəxanasına yerləşdiriliblər.