Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çay daşı üzərində cızılan portretlər

15.06.2023 [10:27]

Ədalət Pirverdiyev daş üzərində oyma sənəti üzrə ölkəmizdə ən tanınmış rəssamlardandır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Ədalət Pirverdiyev daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir. O, Azərbaycanın bir çox siyasi, ictimai, mədəniyyət və incəsənət xadiminin, eləcə də görkəmli şair və yazıçısının portretlərini daş üzərinə həkk edib.