Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarda güclü sel kənd yollarına və təsərrüfatlara ziyan vurub

15.06.2023 [12:44]

Xəbərin mətni

İyunun 14-ü axşam saatlarından başlayaraq yağan güclü yağış və qısamüddətli dolu nəticəsində yaranan sel suları Qusar rayonunda fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Urva kəndində sel suları kənd yolunu yararsız vəziyyətə salıb. Urva və Çiləgir kəndlərini birləşdirən 6 kilometrlik yolun bəzi hissələrində yarım metr dərinliyində çalalar yaranıb. Bəzi evlərin həyətlərinə su dolub, taxıl zəmilərinə və təsərrüfatlara ziyan dəyib. Sel suları Qusar-Şahdağ yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsinə də çıxıb.