Sel təhlükəsi ilə əlaqədar Bolqarçay su anbarında qərargah qurulub
15.06.2023 [13:17]
Xəbərin mətni
İran İslam Respublikası ərazisindən Bolqarçaya sel sularının Azərbaycan ərazisinə keçdiyi müşahidə olunur.
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi Vüqar Ağayev AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, hazırda sel suları daxil olmaqdadır: “Burada Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin qərargahı qurulub. Mərkəzin 22 nəfərdən ibarət xilasediciləri və 5 nəfərlik sularda xilasetmə dalğıcları və texnikası hadisə yerindədir. Vəziyyət tam nəzarətimiz altındadır”.