Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suraxanıda narkotik və odlu silaha görə 49 nəfər saxlanılıb

15.06.2023 [13:24]

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis orqanlarının əməkdaşları tərəfindən son günlərdə Hövsan, Yeni Günəşli, Qaraçuxur, Bülbülə, Əmircan qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 9 nəfər - Vüsal Məhərrəmov, Əfqan Qədimov, Nazim Əsgərov, Polad Cəfərov, Elşən İsrafilov, Şahin Mustafayev, Zahid Məmmədov, Sergey Pimenov və Elman Nəzərov saxlanılıblar.
Həmin şəxslərdən ümumilikdə 8 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib.