Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə ağır yol qəzası: ölən və yaralılar var

15.06.2023 [13:54]

Kürdəmirdə ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax əsas magistral yolunda, Kürdəmirin Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumatlara görə minik avtomaşının sürücüsü Bakı şəhər sakini 24 yaşlı Ruslan Xasıyanov Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış vəziyyətdə olan Bərdə rayon sakini 26 yaşlı Allahverdiyev Salman Lətif oğluna məxsus yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin 23 yaşlı Mənsimov Elnur Cavanşir oğlu hadisə yerində ölüb. Hər iki avtomobilin sürücü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülb.