Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarçayda səhər saatlarından başlayaraq suyun səviyyəsi azalmağa başlayıb

15.06.2023 [14:18]

Xəbərin mətni

Gecə saatlarından başlayaraq, İran İslam Respublikası ərazisindən təxminən 40-45 kubmetr/saniyə sürəti ilə su kütləsinin Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olması müşahidə edilib və sel təhlükəsi yaranıb. Baş verə biləcək fəsadların (sel təhlükəsi) qarşısını vaxtında almaq üçün Biləsuvar Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin, eləcə də digər aidiyyəti idarə, müəssisə və təşkilatların iştirakı ilə yaradılan qərargahın rəhbərliyinin tapşırıqlarına əsasən, gecəboyu texnikalar vasitəsilə çay üzərində qabaqlayıcı tədbirlər həyata keçirilib.