Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 51-ci buraxılış mərasimi keçirilib

15.06.2023 [17:23]

İyunun 15-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2023-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Hərbi Liseyin 51-ci buraxılış mərasimində Milli Müdafiə Universitetinin rəhbərliyi, liseyin şəxsi heyəti və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin Hərbi Liseydə ucaldılan büstləri ziyarət olunub.