Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illiyi -VYANA

15.06.2023 [19:51]

Xəbərin mətni

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının 10 illik yubileyi qeyd edilib. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların üzvləri, Mədəniyyət Mərkəzi ilə tərəfdaşlıq edən qurumların təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər. Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin 16 noyabr 2012-ci il Sərəncamı əsasında Avstriyada Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə yaradılıb. Mərkəzin əsas hədəfi Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün ölkəmizin zəngin mədəniyyəti, incəsənəti, turizm imkanları barədə müxtəlif səpkili tədbirlər təşkil etməkdir.

Bölmənin digər videoları