Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü külək bir neçə avtomobil yolunda problem yaradıb

16.06.2023 [10:58]

Ötən gün axşam saatlarında Yevlax, Göyçay, Ağdaş və Goranboy rayonları ərazisində yağıntı ilə müşahidə olunan güclü külək ağacların bir neçə avtomobil yolunun hərəkət hissəsinə aşmasına səbəb olub. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə AAYDA-nın sözügedən rayonlar üzrə məhdud məsuliyyətli cəmiyyətlərinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.