Güclü külək Yevlaxda fəsadlar törədib
16.06.2023 [13:06]
Xəbərin mətni
İyunun 15-də axşam saatlarında yağışla müşayiət olunan güclü külək Yevlax rayonunun yaşayış məntəqələrinə ziyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, külək nəticəsində Yevlax şəhərində ağaclar qırılaraq elektrik xətlərinin üzərinə aşıb, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, rayon üzrə 14 min abonentin (50 faiz) elektrik təminatı dayandırılıb.