Meyvələrin dadı və forması niyə dəyişir?
16.06.2023 [15:27]
Son zamanlar satışda geni modifikasiya olunan məhsullara rast gəlinir. Bəs görəsən aldığımız məhsulun təbii və ya modifikasiya olunduğunu necə bilək? Bazarda meyvə-tərəvəz ticarəti ilə məşğul olan satıcılardan məhsulları haradan əldə etdikləri ilə maraqlandıq. Onlar satışa çıxardıqları məhsulları tərifləsələr də alıcıların bəziləri keyfiyyətdən gileylidir.