Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqəmsal marketinqin şirkətlərə çox böyük töhfəsi var

16.06.2023 [19:20]

Son dövrlər rəqəmsallaşma və xüsusilə marketinqdə rəqəmsal texnologiyaların tətbiqi ifadəsini tez-tez eşidirik. Bəs rəqəmsal marketinq nədir? Bu suala cavab tapmaq üçün ətrafa baxmaq kifayətdir. Bu gün insanlar qadjetlərdən istifadə edirlər. Artıq bu qadjetlər hər hansı bir xidmətdən yararlanmaq üçün başlanğıc nöqtə hesab olunur, çünki biz bir çox məlumatları məhz onlayn platformalardan, belə desək internetdən əldə edirik.