CƏMİYYƏT


Tibb bacısının bir günü

İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapmasında həkimlərlə çiyin-çiyinə çalışan tibb bacısı peşəsinin sahiblərindən biri də  Süsən Babayevadır.