CƏMİYYƏT


Ölkədə manual terapiyaya maraq artır

İlk baxışdan biraz qorxulu görünən bir terapiya növü var ki, bu prosedurun adı manual terapiyadır. Bir çox insanlar bunu fizioterapiya ilə qarışdırsalar da, manual terapiya ayrı bir tibb sahəsidir. Manual terapevt Tural Məhərrəmovun sözlərinə görə manual terapiya əl ilə terapiya deməkdir və uzaqdan deyil, kontaktlı terapiya hesab olunur. Belə ki, bu prosedur ən çox dayaq hərəkət sistemi xəstəlikləri olan pasientlərə tətbiq edilir.