Şəkinin Daşüz kəndinə dolu yağıb
17.06.2023 [23:49]
Kənddəki 320 təsərrüfatdan ən azı 200 dən çoxu eləcə də nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Bu barədə AZƏRTAC-a Şəkinin Daşüz kənd icra nümayəndəsi İlqar Əliyev məlumat verib.
Bu gün axşam saatlarında rayonun Daşüz kəndinə yağan dolunun çəkisi ilkin məlumatlara görə 150-200 qram ağırlığında olub.