Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağcabədidə silahlar və narkotik tərkibli bitki aşkar edilib

19.06.2023 [10:18]

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri ilə silah-sursat satmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvələr məhkum olunmuş Zahid Abdullayev saxlanılıb. O, Ağcabədi rayon ərazisinə gəldikdən sonra özü ilə gətirdiyi "Kalaşnikov-AKMS" markalı silahı və 4 ədəd patronu satmaq istəyərkən polis əməkdaşları tərəfindən müəyyən edilərək şöbəyə gətirilib. Şöbədə onun çantasına baxış keçirilən zaman həmin silah-sursat maddi sübut kimi aşkar olunaraq götürülüb.