CƏMİYYƏT
İdarələrarası sənəd işləri artıq kağızsız aparılacaq
19.06.2023 [20:13]
Ölkəmizdə daim ekologiyanın və təbiətin mühafizəsi istiqamətində bir çox tədbirlər və kampaniyalar həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən proseslərdən biri də “Kağızsız Hökumət” layihəsidir. Pilot layihəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirib. “Kağızsız Hökumət” layihəsi bir neçə böyük layihəni əhatə edir ki, bunlardan biri də dövlət qurumlarında istifadə olunan elektron sənəd dövriyyəsinin inteqrasiyasıdır. Bugünədək ölkəmizdə mərkəzi icra hakimiyyətləri və yerli icra hakimiyyətləri də daxil olmaqla, əksər dövlət qurumlarında elektron sənəd dövriyyəsi informasiya sistemi istifadə edilməsinə baxmayaraq, qurumlar arasında sənəd mübadiləsi hələ də kağız formatında həyata keçirilirdi.