Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Cəbrayılda selə düşən Türkiyə vətəndaşı xilas edilib

20.06.2023 [10:16]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 1 nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.