Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN Xızıda taktiki-xüsusi təlim keçirib

20.06.2023 [10:32]

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xüsusi Riskli Xilasetmə Xidməti ilə birgə 2023-cü il üçün hazırlıq planına uyğun olaraq Xızı rayonu, Altıağac qəsəbəsində “Fövqəladə hal rayonuna qüvvə və vasitələrin cəlb olunmasının təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib. Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar peşəkar vərdişlərinin artırılması, habelə aidiyyəti vəzifəli şəxslərin fövqəladə hal rayonunda idarəetmə bacarıqlarının təkmilləşdirilməsi olub.