CƏMİYYƏT


İranlı narkotacirin şəbəkəsinə daxil olan daha 4 nəfər saxlanılıb

Nərimanov  Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elmar Məmişov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib.