Azərbaycan Dövlət İnformasiya Agentliyi

Artıq Bakıkartınızın balansını mobil tətbiqlə artıra biləcəksiniz

20.06.2023 [18:06]

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni mobil tətbiq istifadəyə verib. Agentliyin yeni mobil tətbiqi sayəsində istifadəçilər asanlıqla səfər planlarını edə və Bakıkart plastik kartlarının balansını artıra, eləcə də gediş haqqını QR kodla ödəyə biləcəklər.