CƏMİYYƏT
Şəkidəki çaylar daşqın təhlükəsinə qarşı təmizlənir
21.06.2023 [09:49]
Xəbərin mətni
Yaz ayları gəlincə yağışlar çaylarda sel-suların atrmasına əksər hallarda daşqınlara səbəb olur. Əsasən yaşayış məntəqələrinin kənarından axan çayların boyunca tullantıların onun kənarına bəzən də tam ortasına tökülməsi bir tərəfdən ətraf mühiti çirkləndirir, digər tərəfdən isə daşqınlar zamanı əlavə fəsadlara yol açır. Şəki rayon ərazisində axan Şin çayı belə dağıdıcı və təhlükəli çaylardan hesab olunur. 1500 metr eni olan bu çay minlərlə hektar əkin sahələrini yararsız vəziyyətə salıb və proses bu gün də davam edir.