CƏMİYYƏT
Bakıda 2 nəfərdən “Kalaşnikov” və 10 kq narkotik aşkarlandı
22.06.2023 [11:02]
Suraxanıda keçirilən əməliyyatlar zamanı saxlanılan 2 nəfərdən “Kalaşnikov” və 10 kiloqram narkotik vasitə aşkar edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb. Tədbir zamanı Əmircan qəsəbəsində narkotik maddələrin satışını təşkil edən İlqar Abbasov tutulub. Onun üzərindən və qəsəbə ərazisində yaşadığı evdən 10 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.
22.09.2023 [13:09]
22.09.2023 [22:50]
19.09.2023 [19:39]
16.09.2023 [18:46]
16.09.2023 [17:33]
22.09.2023 [13:25]
18.09.2023 [15:12]
09.09.2023 [18:16]
18.09.2023 [13:47]
13.09.2023 [12:42]