CƏMİYYƏT


Masallıda kartof əkini ilə məşğul olan fermerlərin problemi nəzarətə götürülüb

Masallının Təklə, Ləngan, Əhmədli və bu kəndlərə yaxın ərazilərdə kartof əkini ilə məşğul olan fermerlər məhsulun bol olmasına sevinsələr də, satışı ilə bağlı üzləşdikləri problem onların bu sevincini ürəyində qoyub. Fermerlər toxumu baha qiymətə aldıqlarını, min bir əziyyətlə məhsul yetişdirdiklərini, lakin çox ucuz qiymətə satmaqla ziyan etdiklərini bildirmişdilər. Fermerlərin problemi tərəfimizdən işıqlandırıldıqdan sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məsələyə münasibəti geçikmədi.