Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda yaşayış binası yandı: Sakinlər təxliyə olundu

23.06.2023 [11:54]

Xəbər verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.
Yanğın nəticəsində binanın ümumi sahəsi 1620m² olan dam örtüyünün yanar konstruksiyaları 840m² sahədə yanıb. Binanın dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı 28 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.