Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda vətəndaşların pullarını ələ keçirən şəxs saxlanılıb

23.06.2023 [12:26]

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Quba rayon sakini Kənan Mirzəliyev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, Kənan Mirzəliyev zərərçəkəni ona dəyəri 6.400 manat olan təmir-tikinti materialları satacağı vədini verərək aldadıb. Həmin şəxs Kənan Mirzəliyevin kartına pulu köçürəndən sonra isə sonuncu onunla əlaqəsini kəsib. Saxlanılan şəxsin eyni üsulla paytaxt ərazisində daha bir neçə şəxsi aldatdığı da müəyyən edilib.