CƏMİYYƏT
FHN: Gəncədə göldə suyun səviyyəsi aşağı endirilib
23.06.2023 [12:44]
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağıntılar səbəbindən Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması ilə əlaqədar ətraf ərazilər üçün yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Belə ki, gecə saatları da daxil olmaqla fasiləsiz həyata keçirilən tədbirlər nəticəsində göldə suyun səviyyəsinin təxminən 80sm-ə qədər endirmək və su bəndinə olan təzyiqi azaltmaq mümkün olub. Bununla belə, təhlükənin tam aradan qaldırılması istiqamətində tədbirlər hazırda davam etdirilir.