Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Avtomobillərin şüşələrini sındıraraq oğurluq edən şəxs saxlanılıb

23.06.2023 [15:12]

Xəbərin mətni

Nərimanov rayonunda avtomobillərin şüşələrini sındıraraq qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxt ərazisində avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından telefon, notbuk, pul kisələri və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlqar Məmmədov tutulub.