CƏMİYYƏT


İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri davam etdirilir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsində torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin elektron kadastr uçotu, eləcə də torpaqların bonitirovkası, iqtisadi qiymətləndirilməsi və s. kimi torpaq kadastrı və yerquruluşu işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu işlərin həyata keçirilməsi bölgənin malik olduğu torpaq ehtiyatlarının həcminin, məqsədli təyinatına və hüquqi rejiminə uyğun tərkibinin müəyyən edilməsinə imkan verəcək.