CƏMİYYƏT


Bakıda Azərbaycan Pediatrlar Assosiasiyasının Milli Qurultayı keçirilib

Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci Milli Qurultayı bu gün öz işinə yekun vurur.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qurultayda Beynəlxalq Pediatriya Assosiasiyası (IPA), Rusiya Pediatrlar İttifaqı, TƏBİB, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, digər səhiyyə təşkilatları və dövlət qurumlarından rəhbər şəxslər, deputatlar, Azərbaycan, Türkiyə, Rusiya, eləcə də Avropa və Asiya ölkələrindən tanınmış səhiyyə işçiləri, elm xadimləri iştirak edirlər.