CƏMİYYƏT


Polis əməkdaşları arasında yarış keçirilib

Zərdab rayonunda polis əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Zərdab şəhər 1 nömrəli məktəb-liseydə polis əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib.