İDMAN


İdman nazirlərinin beynəlxalq konfransı keçirilir

İyunun 26-da Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) öz işinə başlayıb. Konfransda 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli məmur, eləcə də 540-dan çox nümayəndə iştirak edir. Tədbir iyunun 29-dək keçiriləcək. Konfransın yekununda UNESCO-nun idman təşəbbüsü olan “Fit for Life” layihəsindən irəli gələn “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək.