İDMAN


Berlində Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının şərəfinə ziyafət verilib

Azərbaycanın Almaniyadakı səfirliyi Berlin şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının şərəfinə ziyafət verib.
AZƏRTAC xəbər verir ki, tədbirdə idmançılar, onların məşqçiləri, nümayəndə heyətinin üzvləri, habelə Almaniyanın dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, səfirlər, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.