Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda bayram namazı qılındı

28.06.2023 [12:38]

Xəbərin mətni

Qurban bayramı ilə əlaqədar iyunun 28-də Təzəpir məscidində bayram namazı qılınıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər.
Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi bərəkət arzulanıb.