CƏMİYYƏT


Azərbaycanda Qurban bayramıdır: Bəs qiymətlər alıcıları qane edirmi?

Bu gün ölkəmizdə Qurban Bayramı qeyd olunur. Hər il olduğu kimi bu dəfə də Bakıda və bölgələrimizdə qurbanlıq heyvanların satış məntəqələri yaradılıb. Onlardan biri də Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində təşkil olunub. Satış məntəqəsində sıxlıq var idi. Kimisi büdcəsinə uyğun qurbanlıq heyvan axtarır, kimisi isə öz heyvanını istədiyi qiymətə satmağa çalışırdı. Alıcı Güləzbər Məmmədova da bura qurbanlıq heyvan almağa gələnlərdəndir. Güləzbər xanımın sözlərinə görə qurbanlıq heyvan qiymətlərində müəyyən qədər artım hiss olunur, lakin satıcılarla bu barədə razılığa gəlmək də mümkündür.