Ulu Öndərin 100 illiyi Berndə konsert proqramı ilə qeyd edilib
28.06.2023 [15:26]
Xəbərin mətni
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin birgə təşkilatçılığı ilə İsveçrənin Bern şəhərinin görkəmli musiqi məbədlərindən hesab edilən Filarmoniyada təntənəli konsert təşkil olunub.