CƏMİYYƏT


Metroda qatarların sayı azaldılıb, sıxlıq artıb? - AÇIQLAMA

Bakı metrosu 14 iyun tarixindən yay rejiminə keçib. Qatarlar arasında interval artırılıb. İnterval artımı insanlar arasında narazılığa səbəb olub. Sərnişinlər bəzən 5-7 dəqiqə qatar gözlədiklərini bildirirlər. Qatarların sayı azaldığından, interval artdığından sıxlıq müşahidə olunur. Vətəndaşlar bildirir ki, bu qərardan əvvəl, yəni, iyun ayının 1-dən 14-nə kimi metroda sıxlıq bu həddə deyildi. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirdi ki, rejimlər arasındakı fərq daha çox saatlardadır: “Əsas dəyişiklik ondan ibarətdir ki, payız-qış qrafikində gur və qeyri-gur saat anlayışı var. Pik vaxtlarda - səhər saat 7:00-dan 10:00-a, axşam 17:00-dan 20:00-a qədər intervallar 2 dəqiqə ilə tənzimlənir.