CƏMİYYƏT


Talış kəndində otuz ildən sonra ilk dəfə qurban kəsilib

Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində otuz ildən sonra Qurban bayramı qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə qurban kəsilib. Bir ədəd iribuynuzlu heyvan kəsilərək 20 ailəyə paylanıb.