CƏMİYYƏT


Talış sakinləri 30 ildən sonra Qurban bayramını doğma yurdlarında qeyd ediblər

Tərtər rayonunun Talış kəndinin sakinləri 30 ildən sonra ilk dəfə Qurban bayramını doğma yurdlarında qeyd ediblər.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə qurban kəsilib, kəndə köçürülmüş ailələrə paylanılıb.