Laçınlılar 31 il sonra Qurban bayramını doğma yurdda qeyd etdilər
29.06.2023 [16:03]
Xəbərin mətni
İşğaldan azad olunan Laçın şəhərinə yeni köçən sakinlər 31 ildən sonra ilk dəfə Qurban bayramını doğma yurdda qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müqəddəs bayram günü Vətən şəhidlərinin xatirəsi anılıb. Daha sonra 200-dən artıq laçınlının toplaşdığı musiqili bədii gecədə Azərbaycanın əslən laçınlı tanınmış musiqiçiləri və aktyorları çıxış ediblər.