CƏMİYYƏT


Dərman qiymətlərinin üst həddi müəyyən ediləcək

Bir sıra hallarda eyni dərmanın müxtəlif qiymətlərə satıldığı xəbərini eşidirik. İndi də, apteklərə daxil olub qiymətlər arasında fərq olub olmadığını müşahidə edəcəyik. Belə olduqda apteklərdəki qiymətlərin müxtəlifliyi zamanı hansı tədbirlərin həyata keçirildiyi sual doğurur. Milli Məclisin deputatı Rəşad Mahmudov deyir ki, qəbul olunan yeni qanuna əsasən dərman vasitələrinin qiymətlərinin üst həddi müəyyən ediləcək və sahibkarlar dərmanı bu həddən aşağı qiymətə sata biləcəklər.