Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub - avtomobillərin hərəkəti məhdudlaşdırılıb

30.06.2023 [04:08]

Xəbərin mətni

Muğanlı-İsmayıllı istiqamətində tikinti ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmələr qeydə alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə gecə saatlarında təmir işləri icra olunacaq.