CƏMİYYƏT


Şəkidə ağır qəza: Ölənlər var

Şəkinin Alaqapı ərazisində baş verən ağır yol qəzasında biri azyaşlı olmaqla iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Bildirilir ki, “Reno Loga” markalı 99-VG-782 dövlət nömrə nişanlı minik avtomobilini sürən rayon sakini 45 yaşlı Nazim Umarov idarəetməni itirərək yoldan çıxıb və iri gövdəli ağaca vurub.
Nəticədə avtomobildə olan rayonun Suçma kənd sakinləri 30 yaşlı Azər Murtuzov və 4 yaşlı Sədəf Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində keçiniblər.