İQTİSADİYYAT
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
03.07.2023 [17:00]
Xəbərin mətni
Qurban bayramı ilə əlaqədar verilmiş tətil günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə cari və orta təmir işləri icra olunub.
Təmir işləri Bakı şəhəri, Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissə), Azadlıq Prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan və Binəqədi rayonu, Cəfər Xəndan küçəsindən Ziya Bünyadov prospektinə qədər olan hissələr üzrə) aparılıb.