İDMAN


Beynəlxalq karate turnirində növbəti erməni təxribatı

Azərbaycan Karate Do Federasiyandan verilən məlumata görə, insident idmançımız Alika Semixova ilə erməni rəqibi arasında keçirilən final görüşündə yaşanıb. İdmançımız əsas vaxtda Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəlib. Bundan sonra ənənəvi ritualları yerinə yetirib tatamidən çıxmaq istədikdə məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Alikaya yaxınlaşıb. İdmana və idmançıya yaraşmayan tərzdə davranaraq, karateçimizin üzünə zərbə vurub. Azərbaycan təmilçisi isə təmkinli davranaraq öz mədəniyyətini nümayiş etdirib. Hər şey Yaponiyadan gələn Dünya Şotokan Karate Federasiyasının prezidenti Hitoşi Kasuya Senseyin gözü önündə baş verib.