Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
05.07.2023 [20:11]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Monteneqronun Baş naziri və xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Dritan Abazoviç Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvətə görə təşəkkürünü bildirdi və Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.