CƏMİYYƏT


Polis əməliyyat keçirdi: 44 nəfər saxlanıldı

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün Ləhiş bağları, Maştağa, Nardaran və Ramana qəsəbələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib. Nəticədə qeyd edilən ərazilərdə çətənə kollarının kultivasiyası ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 394 ədəd kultivasiya yolu ilə əkib-becərdikləri çəkisi 12 kiloqram olan çətənə kolu aşkar edilib.
Qeyd edək ki, iyun ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rayon ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 nəfər saxlanılıb.